AsyaDünyaİranXƏBƏRLƏR

BMT TŞ-nin fəaliyyəti şəffaf, ayrı-seçkilikdən kənar və cavabdehliklə yanaşı olmalıdır

Qoşulmama hərəkatı BMT Təhlükəsizlik Şurasının şəffaflığı və cavabdeh olmasını istəyib.

İranın BMT-dəki daimi nümayəndəliyinin başçısı Qulamhüseyn Dehqani Qoşulmama Hərəkatının sədri kimi Təhlükəsizlik Şurasının, bu şuranın iş üsulları ilə bağlı iclasında vurğulayıb: Qoşulmama Hərəkatı bu qənaətdədir ki, BMT-nin Təhlükəsizlik Şurası özünün iş üsulları, rəftarları və addımlarında şəffaflıq, aşkarlıq və sabitlik kimi əsas amillərə diqqət yetirməlidir.

İranın BMT-dəki daimi nümayəndəliyinin başçısı əlavə edib: Təhlükəsizlik Şurası çox əhəmiyyətli məsələlər barədə ümumi yığıncaqların keçirilməsindən boyun qaçırdığı bir halda, nəinki öncədən iş gündəminə malik olmayan, həm də iştirakçılarının da xüsusi seçim üsuluilə təyin olunduğu iclaslar keçirib.

Dehqani söyləyib: Təhlükəsizlik Şurasına üzv və qeyri-üzv ölkələr arasında ayrı-seçkilik hələ də hiss olunmaqdadır və Təhlükəsizlik Şurası tərəfindən BMT-nin Baş Assambleyasına hesabatların təqdim olunması vacibliyinə təkid edən BMT əsasnaməsinin 24-cü bəndinə rəğmən, şura tərəfindən xüsusi hesabatlar BMT-nin Baş Assambleyasına göndərilmir və təqdim olunmuş illik hesabatlar da yetərli və lazımi analiz və informasiyalardan məhrumdurlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu