AvropaDünyaXƏBƏRLƏR

BNP Paribas, ABŞ-a 8,9 milyard dollar cəza ödəyəcək

Fransız bankı BNP Paribas, ABŞ-a 8,9 milyard dollar cəza ödəyəcək.

Fransanın ən böyük banklarından BNP Paribas, İran, Sudan və Kuba kimi ölkələrə tətbiq olunan sanksiyaları pozduğunu etiraf etdi və 8,9 milyard dollarlıq rekord cəzanı ödəməyə razı oldu.

Bank, New Yorkdakı Manhattan Region Prokuroru Cyrus Vance tərəfindən qeydlərdə oynama etmək və təxminən 30 milyard dolları gizləmək suçlarıyla mühakimə olunmuşdu. Bankın vəkilinin bu ittihamları qəbul etməsi sonrasında, bank səlahiyyətliləri və ABŞ Maliyyə Nazirliyi arasında aparılan danışıqlar nəticəsində, 8,9 milyard dollar cəza ödənməsi mövzusunda uzlaşıldı.

Uzlaşmanın bir digər şərtinin da BNP Paribasın bu tərz bir vəziyyətin təkrar yaşanmaması üçün lazımlı tənzimləmələri etməsi və idarə heyəti hesabatlarını ABŞ Maliyyə Nazirliyi ilə paylaşması olduğu qeyd edildi.

ABŞ Maliyyə Nazirliyi Xarici varlıqları nəzarəti Ofisi (OFAC) direktoru Adam Szubin, BNP Paribas’la razılaşmanın, OFAC’ın bu günə qədər qarşılaşdığı ən böyük məbləği ehtiva etdiyini və Maliyyə Nazirliyinin ABŞ-ın sanksiyaları və qaydalarına riayət mövzusundakı dayanıqlılığını da ortaya qoyduğunu ifadə etdi.

Szubin, açıqlamasında bunları qeyd etdi:

“Bu uzlaşma, Amerikan maliyyə sistemini sui edən, yaptırımlarını heçə sayan təşkilatları istintaqda göstərilən əməkdaşlıq və həmrəyliyin bir nəticəsidir. Maliyyə Nazirliyi, Amerikan maliyyə sistemini bu iddiada da görülən qanunsuz fəaliyyətlərə qarşı qorumaq üçün işə davam edəcək. “

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu