İranXƏBƏRLƏR

Nəccar: İran xalqı 14 iyunda “siyasi qəhrəmanlıq” yaradacaq

İranın daxili işlər naziri İran xalqının 14 iyunda İslam İnqilabı tarixinin ən böyük siyasi qəhrəmanlıqlarından daha birinə imza atacağını deyib.

Mustafa Məhəmməd Nəccar bazar ertəsi günü axşam İranın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin işçiləri qarşısında çıxışı zamanı 1392-ci hicri şəmsi ilinin İnqilab Rəhbəri tərəfindən Siyasi-İqtisadi Qəhrəmanlıq ili adlandırılmasına işarə edərək, deyib: Siyasi qəhrəmanlığın başlıca simvolları və nişanələrindən biri 11-ci dövr prezident seçkiləri və 14-cü dövr İslam Şuraları seçkiləridir.

İranın daxili işlər naziri əlavə edib: İslam İnqilabını xalq özü yaratdı və xalq özü də onu qoruyacaq.

M.Nəccar İran xalqının daim zəruri məqamlarda qəhrəmancasına səhnədə hazır olduğuna işarə edərək, deyib: İran xalqının seçkilərdəki əzəmətli iştirakı dünyaya xüsusilə də düşmənlərə sübut edəcək ki, İran İslam Respublikası öz milli birliyi və iqtidarını davam yenə də davam etdirəcək.

İranın daxili işlər naziri həmçinin, BƏƏ rəsmiləri ilə görüşlərini müsbət və konstruktiv adlandırıb və deyib: İki ölkə əlaqələri strateji və inkişafa doğrudur.

İran İslam Respublikasının daxili işlər naziri Mustafa Məhəmməd Nəccar Birləşmiş Ərəb Əmirliklərinə olan 3 günlük səfəri çərçivəsində bu ölkənin siyasi, hərbi və təhlükəsizlik rəsmiləri ilə görüşüb, ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və genişləndirilməsi yolları haqda onlarla fikir mübadilələri aparıb. İranlılara viza verilməsinin asanlaşdırılması, narkotik maddələrin qaçaq edilməsi ilə mübarizənin aparılması və əlaqələrin genişləndirilməsi səfər zamanı diqqət mərkəzində saxlanılan mövzulardırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu