Nigeriya ordusunun təşkil etdiyi hava hücumunda, Boko Haram lideri Əbubəkr Şakau’nun ölümcül şəkildə yaralandığı bildirildi.
Nigeriya Ordu sözçüsü Polkovnik Sani Kukasheka Usman, etdiyi şərhdə, ölkənin şimal-şərqindəki Kamerun sərhədinə yaxın Sambisa meşələrində, ötən həftə təşkil edilən hava hücumunda, Şakau daxil bəzi üst səviyyə idarəçilərin hədəf alındığını dilə gətirdi.
Şərhdə, Şakau’nun ağır şəkildə yaralandığı, digər idarəçilərin isə həyatını itirdiyi ifadə edildi.
Təşkilatdan bu ana qədər hər hansı bir şərh edilməzkən, daha əvvəl də Əbubəkr Şakau’nun öldüyü istiqamətində xəbərlər çıxmış ancaq terror elebaşının ölmədiyi aydın olmuşdu.
Yeddi ildir Niger, Nigeriya, Kamerun və Çad kimi Afrika ölkələrində fəaliyyət göstərən Boko Haram terror təşkilatı, bu ana qədər 15 min adamı qətl etdi, iki milyon insanın da evindən qaçmasına səbəb oldu.