Boliviya İsraili ‘terrorist Dövlət’ elan etdi

Boliviya prezidenti Evo Morales, İsraili Qəzzada davam edən işğal və hücumlarından ötəri terrorist bir dövlət olaraq gördüklərini və İsrail vətəndaşlarına Boliviyaya girişlərində bundan belə viza şərti gətirəcəklərini açıqladı.

Telesur’un xəbərinə görə, Cochabamba’da mətbuat mənsublarının suallarını cavablandıran Boliviya prezidenti Evo Morales, nazirlər kabineti konfransında İsrailə viza tətbiqi qərarının akındığını, çünki İsrailin İnsan Hüquqları Bəyannaməsi və Birləşmiş Millətlər Təşkilatının qanun və məqsədlərini tanımadığını söylədi.

Morales, “17 Avqust 1972-ci ildə, Boliviya diktator bir rejim altındaykən İsrail ilə edilən və İsrail vətəndaşlarına Boliviyaya viza giriş təmin edən müqaviləni aldığımız qərarla ləğv edirik” dedi. Morales, bu addımın, İsraili “terrorist dövlət” elan etmə mənasını da gəldiyini vurğuladı.

Morales bu qərar ilə İsrailin viza tətbiqində 1. qrup olan viza azad ölkələr siyahısından çıxardıldığını və viza tabe tutulan və köçkün dairəsinin vəzifə sahəsinə girən 3. qrup siyahıya daxil edildiyini açıqladı.

1. qrup viza azad ölkələr arasında, Avropa Birliyi ölkələri və Türkiyə ilə birlikdə digər Latın Amerikası ölkələri iştirak edir.

Morales’in başında olduğu Boliviya hökuməti 2009-ci ildə da İsrailin Fələstinə istiqamətli hücumundan ötəri diplomatik əlaqələri dondurmustu.

Exit mobile version