İranXƏBƏRLƏR

“Region ölkələrinin təhlükəsizliyi kollektiv əməkdaşlıqdan asılıdır”

İran İslam Respublikasının Xarici işlər naziri özünün ərəbistanlı həmkarı ilə görüşündə region ölkələrinin təhlükəsizliyinin bir-biri ilə və kollektiv əməkdaşlıqla əlaqədə olduğunu bildirib.

Səudiyyə Ərəbistanının XİN başçısının rəsmi dəvəti ilə İslam Əməkdaşlıq Təşkilatının təmas qrupunun iclasında iştirak etmək üçün Ciddədə səfərdə olan Əli Əkbər Salehi dünən gecə özünün ərəbistanlı həmkarı Səud əl-Feysəllə görüşüb.

Bu görüşdə qarşılıqlı əlaqələr, regiondakı son olaylar barədə fikir mübadiləsi aparılıb.
Görüşdə İİR XİN başçısı İranın region ölkələri ilə münasibətlərin genişləndirilməsi və əməkdaşlıqların gücləndirilməsinə dair prinsipial mövqeyini vurğulayıb.
Görüşdə Səud əl-Feysəl də İran və Ərəbistanın regionun iki önəmli ölkəsi olduğunu vurğulayaraq deyib: Həmişə İranın böyük ölkə olduğu və beynəlxalq səviyyədə və İslam dünyasında xüsusi mövqeyə malik olduğunu vurğulamışıq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu