Böyük Rəhbər: Musəvi Larinin islam maarifinə böyük xidmətləri olmuşdur

İslam İnqilabının Böyük Rəhbəri bildiriblər: Alim Höccətülislam Vəlmüslimin Hacı Seyid Muctaba Musəvi Larinin ötən neçə onillikdə islam maarifinə böyük xidmətləri olmuşdur.

İslam İnqilabı Böyük Rəhbərinin informasiya portalına istinadla bildirir ki, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei ötən gün bir müraciət verərək Vəliyyi Fəqihin Laristandakı nümayəndəsi Höccətülislam Vəlmüslimin Hacı Seyid Muctaba Musəvi Larinin vəfatı ilə bağlı başsağlığı veriblər.

Bu müraciətin mətni belədir:

Bismillahir-rəhmanir-rəhim

Mücahid yazar və böyük ruhani Höccətülislam Vəlmüslimin Hacı Seyid Muctaba Musəvi Larinin vəfatı xəbərini dərin təəssüflə aldıq.

Bu böyük və dəyərli alim islam maarifi və Əhli-Beyt (ə) məktəbinin bütün dünyada genişlənməsi istiqamətində ötən neçə onillikdə böyük xidmətlər göstərmişdir. Minlərlə insan 5 qitədə onun məntiqi və məharətli yazıları ilə həqiqət çeşməsinin suyunu dadmış, islamı tanımış və ona iman gətirmişdir.

Bu alim heç bir iddia olmadan təklikdə və heç kimə söykənmədən ömrünü və gücünü bu böyük mücahidlik yolunda sərf etdi və ilahi razılığı kəsb etmək üçün çalışdı.

Mən bu xalis qəlbli alimin vəfatı ilə bağlı Laristan və Fars ostanı əhalisi, o cümlədən onun şagirdlərinə, kitablarından faydalananlara və xüsusilə də ailəsinə və yaxınlarına başsağlığı verir və Allah-taaladan onun üçün ilahi rəhmət və yüksək dərəcələri diləyirəm.

↑
Mobil sürümden çık