Tehran ostanı üzrə seçki qərargahının rəisi Səfərəli Baratlı bazar günü Tehran Ostanı Seçki Qərargahının 9-cu toplantısında deyib: İndiyə kimi 1600-dən çox yerli jurnalist Tehran Ostanında keçiriləcək seçkiləri işıqlandırmaq üçün öz hazırlığını elan edib.
Tehran Ostanı Seçki Qərargahının seçki icraçılarının məlumatlandırılması komitəsinin sədri Əli Beygi bu toplantıda deyib: Seçki məntəqələrində yerləşəcək şəxslərin və ixtisaslaşdırılmış kadrların məlumatlandırılması əməliyyatının ilk iki mərhələsi başa çatıb və 3-cü mərhələ də yekunlaşmaq ərəfəsindədir.
Beygi əlavə edib: Tehran Ostanında təqribən 50 min nəfər seçkilərin keçirilməsi istiqamətində xüsusi təlim kurslarında iştirak edib. Həmçinin, Tehran Ostanı üzrə seçki icraçıları üçün 600 min nəfər saat təlim məşqlərinin keçirilməsi nəzərdə tutulub.
Tehran Ostanı Seçki Qərargahının İnformasiya Texnologiyaları Komitəsinin sədri Məhəmməd Cəbəli də bu toplantıda deyib: Seçki məntəqələrinə elektron xidmətlərin göstərilməsi sahəsində heç bir çatışmazlıq yoxdur və bütün sistemlər kamil formada yerləşdirilib.
İranda 11-ci prezident seçkiləri cari iyun ayının 14-də bələdiyyə seçkiləri ilə bir yerdə baş tutacaq.