AsyaDünyaİranXƏBƏRLƏR

“Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları İranın olub və belə də qalacaq”

İİR XİN sözçüsü deyib: Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları İranın olub və belə də qalacaq.

Mərziyə Əfxəm Ərəb Liqasının Küveytdə keçirilən 25-ci sammitinin yekun bəyanatında İranın üçlü adaları barədə qeyd olunan məsələyə reaksiya olaraq bu üç adanın İran İslam Respublikasına aid olması ilə bağlı tarixi gerçəkliyin inkaredilməz olduğunu bildirib.
M.Əfxəm həmçinin, İran İslam Respublikasının islam ölkələri, qonşu ölkələr və ərəb ölkələri qarşısındakı prinsipial siyasətinin münasibətlərin genişləndirilməsindən ibarət olduğunu vurğulayaraq, deyib: müxtəlif regional və beynəlxalq məsələlər islam və ərəb ölkələri arasında əməkdaşlıqlar və müzakirələrin gücləndirilməsini bir zərurətə çevirib. Və İran daim bu mühüm məsələni diqqət mərkəzində saxlayıb.
İİR XİN sözçüsü həmçinin, İraq və Şam İslam Dövləti adlı terror dəstəsinin İslam peyğəmbərinin(s.ə.s) və İmam Əlinin(ə) yaxın səhabələrindən olmuş Üveys Qərəni və Əmmar Yasirin mübarək məzarlarına qarşı son hörmətsizliklərini tənqid edib.
M.Əfxəm həmçinin, beynəlxalq qurum və təşkilatların o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və BMT-nin beynəlxalq qanunlara və mədəni dəyərlərə qarşı yönəlmiş ifratçılıqlar qarşısında ciddi reaksiya nümayiş etdirmələrini istəyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Beynəlxalq dairələrin reaksiyası və beynəlxalq qaydalara zidd hərəkətlərin pislənilməsi ilahi dinlərin müqəddəslərinin qorunması və bu kimi çirkin əməllərin təkrarlanmasının qarşısının alınması istiqamətində məsuliyyətlərin icrası baxımından ilk addım sayılır.
İraq və Şam İslam Dövləti terror dəstəsi Suriyanın əl-Rəqə şəhərində yerləşən Əmmar Yasir və Üveys Qərəni məscidlərini dağıdıblar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu