İşğal olunmuş ərazilərə pilotsuz təyyarənin nüfuz etməsi ilə yanaşı sionist rejimin baş naziri Benyamin Netanyahu vertolyotla işğal olunmuş Fələstinin şimalına doğru uçmaqda idi və Netanyahunun aparan vertolyot təyyarənin vurulması zamanına qədər fövqəladə hal olaraq enməyə məcbur oldu.
Livanın əl-Nəhar qəzeti bir qərbli diplomata istinadla yazıb: ABŞ sionist rejimdən Hayfanın sahillərində vurulan pilotsuz təyyarənin işğal olunmuş Fələstin səmasına daxil olmasına dərhal reaksiya verməkdən çəkinməsini istəyib.
Qeyd olunan mənbə əlavə edib: Səbəb budur ki, qeyd olunan təyyarənin Hayfa sahilləri səmasında uçuş keçirməsinə baxmayaraq, xəsarət vurmayıb və ikincisi isə həmin zamanda sionist baş nazir Benyamin Netanyahu vertolyotla işğal olunmuş Fələstinin şimalına doğru uçurdu.
Bu mənbə əlavə edib: ABŞ-ın yüksək səviyyəli rəsmiləri Təl-Əvivdən reaksiya vermədən öncə təyyarəni hansı tərəfin uçuşa göndərdiyini dəqiq müəyyənləşdirməsini istəyib.
Sionist rejim ordusu cümə axşamı günü bildirib ki, sionist F16 qırıcıları işğal olunmuş Fələstinin səmasına nüfuz etmək istəyən bir pilotsuz təyyarəni vurublar. Bu, ötən 7 ay ərzində ikinci oxşar hadisədir.
