İranXƏBƏRLƏR

Ayətullahülüzma Xamenei : Təlim-tərbiyə islami istiqamətlərə malik olmalıdır

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei müəllim yerinin əziz tutulması həftəsi münasibəti ilə islami cəmiyyətdə müəllim peşəsinin yeri və dərəcəsinin digər peşələrdən yuxarı olduğunu bildirib və belə söyləyiblər: Təlim-tərbiyədə hər cür dəyişiklik islami istiqamətlərə malik olmalıdır.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər ölkənin minlərlə müəllimi və maarif işçisi ilə görüşdə müəllim peşəsinin yeri və dərəcəsini digər peşələrdən fərqli və daha yüksək adlandırıblar.

Müəllim yerinin əziz tutulması həftəsi münasibəti ilə keçirilən bu görüşdə Həzrət Ayətullahülüzma Xamenei şəhid Ayətullah Mütəhərri və müəllim və məktəbli şəhidlərin xatirələrini yad edərək, deyiblər: Təlim-tərbiyə sistemində dəyişiklik vacibliyi ona görədir ki, cəmiyyətdə hər cür dəyişikliyin yaradılması əsas infrastruktur, başqa sözlə, islami istiqamətə malik təlim-tərbiyədir.

O Həzrət ötən üç onillikdə İran xalqının xüsusən elm sahəsindəki böyük irəliləyişlərinə işarə edərək, vurğulayıblar: İranın elmi irəliləyişləri elə olubdur ki, dünya ictimaiyyətinin onu etiraf etməkdən başqa çarəsi olmayıbdır.

Bu görüşün əvvəlində İranın təlim-tərbiyə naziri cənab Hacı Babayi olimpiadaların sayı və keyfiyyətinin artırılması, istedadlı şagirdlərə xüsusi diqqətin yetirilməsi, təlim-tərbiyə sistemində əsaslı dəyişikliklər üçün zəruri infrastrukturlar daxil olmaqla məktəblərdə yeni texnologiyalardan istifadəyə təkid edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu