
Braziliyada Tocantins əyalətində dini mərasim zamanı mağaranın çökməsi nəticəsində 10 adamın həyatını itirdiyi bildirildi.
Əyalət xilasetmə təşkilatı səlahiyyətliləri, Santa Maria şəhərində mağarada edilən dini mərasimdə 50 adamın qatıldığını qeyd etdi. Səlahiyyətlilər, mərasim əsnasında mağaranın qismən çökməsi nəticəsində 10 adamın həyatını itirdiyini, 4 adamın yaralandığını bildirdi.
Yaralılar bölgədəki xəstəxanalarda müalicə altına alındı.
Mağarada Azizler Günü səbəbiylə dini mərasim təşkil etdiyi ifadə edildi.