Braziliyalılar, Meksikalılar, Yunanlar və Türklərin Nyu-Yorkda birgə aksiyası

Bir qrup braziliyalı, meksikalı, yunan və türk öz ölkə hökumətləri əleyhinə Nyu-Yorkda birgə aksiya təşkil edib.

Amerikada yaşayan bir qrup türk, yunan, meksikalı və braziliyalı öz ölkələrində hökumət əleyhinə etiraz aksiyalarını himayə məqsədilə Nyu-Yorkda müştərək formada aksiya təşkil edib.

Əksəri braziliyalı olan təqribən 300 nəfər Nyu-Yorkun Manhetten məntəqəsində yerləşən Zakotti parkında piket təşkil edib, öz hökumətləri əleyhinə şüarlar veriblər.
Özünü Türk-Yünan Birliyi adlandıran qrupun üzvləri də bu aksiyada iştirak ediblər.

↑
Mobil sürümden çık