AsyaDünyaİranXƏBƏRLƏR

Brucerdi İranın nüvə haqqının rəsmən tanınması zərurətinə təkid edib

İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib: Əgər qərblilər İranın nüvə haqqını rəsmən tanısalar, İrana qarşı sanksiyalar üçün əsas kimi qərar verilən qətnamələr öz əhəmiyyətini itirmiş olacaq.

Əlaəddin Brucerdi bu gün Tehranda Siyasi Araşdırmalar Mərkəzinin 12-ci elmi-ixtisaslaşdırılmış toplantısında deyib: Qərblilər İranın nüvə haqqını rəsmən tanımalıdırlar. Çünki, bu haqq nüvə silahlarının yayılmasını qadağan edən NPT protokolunda praktiki olaraq rəsmən tanınıb. Və İran İslam Respublikası da bu protokolu imzalamış bir ölkə olaraq, öz nüvə fəaliyyətlərini onun əsasında qurub.
İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Qərbin İrana qarşı ədalətsiz sanksiyalarının ləğv edilməli olduğunu vurğulayaraq, deyib: İran İslam Respublikasının qırmızı xətti uranın zənginləşdirilməsi prosesinin davam etdirilməsidir.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı