İranSuriyaXƏBƏRLƏR

Brucerdi: Suriyanın reaksiyası adi olmayacaq

İranın İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri özünün son Suriya səfərinin müxtəlif cəhətləri və Amerikanın avantürist hərəkətləri nəticəsində yaranan bu ölkənin son ictimai-siyasi vəziyyətini şərh edib.

Əl-Aləm Telekanalına müsahibə verən İranın İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi deyib: Suriya prezidenti Bəşşar Əsəd yaxşı əhval-ruhiyyəyə malikdir və biz onun Suriya ordusu xüsusilə bu ordunun raket qabiliyyətləri haqdakı əminliyindən müsbət təsəvvürə malik olduq. Suriya ictimaiyyəti atmosferində də adi həyat davam etməkdədir. Onlar bir tərəfdən Amerikanın hərəkətinin qeyri-qanuni olmasından agahdırlar və başqa tərəfdən də təkfirilərin vəhşicəsinə cinayətlərini görüblər və bu cinayətlərdə də Qərb və Amerika əsas məsuliyyətə malikdirlər. Amma bunların hamısı Suriya xalqının bu ölkə dövlətinə daha artıq təmayül tapmasına səbəb olub.

Brucerdi İranın Suriyaya qarşı ehtimalı hücum haqdakı reaksiyası barədə də münasibət bildirib.

“ İranın Müqavimət, Hizbullah və başqa Müqavimət qrupları həmçinin Müqavimətin arxası və dayağı olan Suriya haqdakı mövqeləri bütün dünya üçün tam aydındır. Buna görə də İran Suriyaya qarşı qanunsuz, məntiqsiz və böhran yaradan hücum qarşısında əlibağlı olmayacaq və özünün regiondakı müttəfiqlərini himayə edəcək və neytral olmayacağıq, amma reaksiya metodunun planlaşdırılması hərbçilərlə olacaqdır” –deyə İranın İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri qeyd edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu