AsyaDünyaXƏBƏRLƏR

Sionist hərbçilərlə fələstinlilər arasında qarşıdurma yaranıb

Sionist rejim hərbçiləri Ramullahın qərbində yerləşən ” Ufər ” həbsxanasının önündə mitinq keçirən fələstinliləri həqiqi güllə və zəhərli qazla hədəfə alıblar.

Livanın Əl-Məyadin telekanalının məlumatına görə, Sionist rejim hərbçilərinin gündəlik hücumlarına etiraz edən bu fələstinlilər sionist əsgərlərin hücumuna məruz ediliblər. Sionistlər jurnalistlərin hadisə yerinə yaxınlaşmalarına belə mane olublar.
Daxil olan məlumata əsasən , sionistlərlə fələstinli etirazçılar arasında yaşanan bu qarşıdurmada , fələstinlilərdən 5 nəfəri yaralanıb.
Fələstin vətəndaşları cümə günü təşkil etdikləri aksiyalarında sionistlərin Fələstin ərazisində qəsəbə salmasına , eləcədə fələstinlilərin hüququnun tapdalanmasına və sionistlərin fələstinlilərə qarşı gündəlik hücumuna etirazlarını nümayiş etdirərək sionist həbsxanalarındakı fələstinlilərin azad edilməsini istəyiblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu