Suriyanın BMT-dəki nümayəndəsi Təhlükəsizlik Şurasından Suriyada terrorizmi himayə edən ölkələrin hərəkətlərini pisləməsini istəyib.
Mehr İnformasiya Agentliyinin əl-Nəşrəyə istinadla verdiyi məlumata görə, Suriyanın BMT-dəki nümayəndəsi Bəşşar əl-Cəfəri Hələbin Xan əl-Əsəl məntəqəsində kimyəvi silahlardan istifadə barəsində təhqiqat komitəsinin fəaliyyəti üçün ölkəsinin hazır olduğunu bildirib.
Əl-Cəfəri söyləyib: İsrail rejiminin Dəməşqə təcavüzü bu rejimin Suriyadakı terrorçu qruplaşmalarla əlaqədə olmasına dair yeni sübutdur.
“Bəzi ölkələrdə bəzi rəsmilərin açıqlamaları İsraili Suriyaya təcavüzünə etməyə sövq etdi” –deyə əl-Cəfəri söyləyib.
Terrorizmlə Mübarizə komitəsinin hesabatının araşdırılması zamanı çıxış edən Bəşşar əl-Cəfəri Təhlükəsizlik Şurasından Suriyaya silahın göndərilməsinə mane olmasını istəyib.
O deyib: Suriyaya silah göndərən, terrorçulara təlimlər keçən və silahlı şəxslərin Suriyaya girişinə şərait yaradan ölkələr terrorizmlə şərikdirlər.