FələstinSuriyaXƏBƏRLƏR

Bu Gün sionistlərin Səbra və Şətiladakı cinayətlərinin 31-ci ildönümü günüdür

Bu gün sentyabrın 16-sı sionistlər tərəfindən Livanın Səbra və Şətila adlı fələstinli didərginlər düşərgələrində fələstinlilərin soyqırımına məruz edilmələrinin 31-ci ildönümü günüdür.

Sionist rejim ordusu hərbçiləri 1982-ci il sentyabrın 16-da Livanda Səbra və Şətila adlı fələstinli didərginlər düşərgələrinə hücum edərək, 3500-dən çox fələstinlini şəhadətə çatdırdılar.

Sionistlərin Livandakı Səbra və Şətila düşərgələrinə qarşı cinayətləri o zaman sionist rejim ordusunun baş qərargah rəisi olan Aryel Şaronun qeyd edilən düşərgələrin mühasirəsi üzrə fərmanı ilə baş verdi.

Fələstinlilərin sionistlər tərəfindən genosidə məruz edilmələri mediaların tam senzurası ilə həyata keçirildi insan haqları iddiaçıları, o cümlədən Amerika və Qərb tam şəkildə bu haqda sükut etdilər.

Sionistlər öncələr də Qəbiyyə , Deyr-Yasin və Əl-Tənturədə də bənzər cinayətlər həyata keçirmişdilər və sonralar da Cenin düşərgəsində fələstinliləri soyqırımına məruz etdilər və Qəzzədə qırğınlar törətdilər.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı