SuriyaXƏBƏRLƏR

Onlarla terrorçu Suriyanın ordu qüvvələrinə təslim olub

Suriyanın mərkəzində yerləşən onlarla terrorçu özünü bu ölkənin ordu qüvvələrinə təslim edib.
Əl-Aləm telekanalının məlumatına görə, təqribən yetmiş terrorçu dünən bu ölkənin mərkəzində yerləşən Hums şəhərində özünü silahla bərabər bu ölkənin ordu qüvvələrinə təslim edib.
Həmçinin Suriyanın qərbində Əl-Dərimsa şəhərinin sakinləri və bu ölkə ordusunun Həma beynəlxalq şose yolunda qurduqları pusqu nəticəsində Cibhətunnəsrə terror qrupunun bir qrup üzvü öldürülüb.
Suriyanın cənubunda yerləşən Yəbrud şəhərinin Əl-Qələmun məntəqəsində bu ölkə ordusunun terrorçu qruplarla toqquşmaları davam edir və ordu qüvvələri Yəbrud şəhərinə gedib çıxan Zuhr-əl-Əqəbə yüksəkliklərinə yiyələniblər.
Suriyanın şimalındakı Hələb şəhərində də bu ölkənin ordu qüvvələri bir terror qrupunun Hələb vilayətinin Əl-Qəsr-əl-Ədli məntəqəsinə daxil olmaq üzrə səylərini nakam qoyaraq, onlardan bir çoxunu öldürüblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu