Suriya prezidenti Amerikanın təhdidlərinin bu ölkənin kimyəvi silahlarının təhvil verilməsində heç bir təsirinin olmadığını bildirərək deyib ki, Suriya özünün kimyəvi silahlarını təhvil verəcəkdir.
Bəşşar Əsəd əlavə edib: Suriya kimyəvi silahlarla bağlı sazişin imzalanması üçün tezliklə BMT-yə sənədlər göndərəcək.
Moskva ABŞ-ın Suriyaya hücumunun qarşısını almaq məqsədi ilə bazar ertəsi günü Dəməşqdən istədi ki, öz kimyəvi silah cəbbəxanalarını beynəlxalq nəzarət altına versin və sonra da onları məhv etsin. Suriya başçıları da dərhal bu təklifi dəstəklədilər.
Rusiyanın bu təklifindən sonra Ağ Ev Konqresdən istədi ki, Bəşşar Əsəd hökuməti əleyhinə hərbi addım barədə səsverməni təxirə salsın.
Rusiya da suriyalı qiyamçıların son kimyəvi hücumun amili olduqlarını vurğulayaraq, Suriyaya təklif etdi ki, kimyəvi silah cəbbəxanaları beynəlxalq nəzarət altına keçsin.
Rusiya prezidenti- Putin də bir neçə gün bundan qabaq ABŞ-ın dövlət katibi- Con Kerrini yalançı adlandıraraq, Amerikanın terrorçuların iştirakı və onların kimyəvi silahlardan istifadə etmələrindən xəbərdar olduğunu vurğuladı.