İranXƏBƏRLƏR

Brucerdi: Misir olayları Müsəlman Qardaşlarının yanlış rəftarlarının nəticəsi idi

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri son Misir hadisələrini Müsəlman Qardaşlarının yanlış davranışlarının nəticəsi adlandırıb.

Əlaəddin Brucerdi əlavə edib: Nəticədə, bu davranışlar islamçıların və ümumiyyətlə Misir dəyişikliklərinin banilərinin zərərinə olacaq.

Brucerdi daha sonra vurğulayıb: Hüsnü Mübarəkin devrilməsi, rejimin devrilməsi deyildi. Rejim bir nəfər deyil ki, onu hakimiyyətdən kənarlaşdırmaqla inqilab reallaşmış olsun. Aydın məsələdir ki, Mübarək kimi bir adamın arxasında böyük bir siyasi-təhlükəsizlik quruluşu dayanıb.

Buna görə də, Müsəlman Qardaşlarının ilk və ən böyük səhvi, bir nəfərin hakimiyyətdən kənarlaşdırılması amma, onun arxasında duran siyasi, hərbi və təhlükəsizlik sistemini saxlamaqla inqilabın öz məqsədlərinə nail ola biləcəyini düşünmələrində oldu.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu