Azərbaycanda əxlaqsızlığı rəvac verməyə reaksiyalar
Hər il olduğu kimi mübarək Ramazan ayında Azərbaycan Respublikasında xalqın İslami əqidələrinə zidd addım atılıb.
Bakının Bilgəh çimərliyinə yerləşən malikanələrin birində açıq əxlaqsızlığı rəvac verən “Eleven & Wild Rusty – Private Pool Party” adlı striptiz-şou keçirilib.
Partidə Ukrayna və Rusiyadan gətirilmiş 40-a yaxın striptiz-şou göstərən qız iştirak edib. Səhərə kimi davam edən partiyə gələnlərin bahalı maşın, geyim və aksessuarları ilə fərqləndiyi bildirilir. Partiyə giriş qiyməti isə bir nəfər üçün 500 manat olub. Limitsiz içki və əyləncənin olduğunu partidə, ukraynalı porno ulduzlardan ibarət “SP” adlı rəqs qrupunun açıq hava şousu olub.
Bu rəzillik barəsində Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev Faktxəbərə deyib : “Baş verənlər Azərbaycan hakimiyyətinin xalqın dəyərlərini və xüsusilə mənəvi dəyərlər sistemini tapdalamasıdır.”
Ziyalılar Birliyinin sədri əlavə edib : “Bu siyasət həmişə Azərbaycan hakimiyyətinin prioritetlərindən olub. Məqsəd isə insanları öz kökündən, mənəvi əxlaqından və dəyərlərindən ayırmaqdır. Baş verənlər yalnız təəssüf doğurur və bu qaranlığa aparan bir yoldur.”
