Çabaharda kamikadze hücumu nakam qaldı

İranın cənub şərqində yerləşən Çabahar liman şəhərində, şəhər polis idarəsinə soxulmağa çalışan terrorçu məqsədinə nail olmamış polis əməkdaşları tərəfindən güllələnərək, öldürülüb.

Çabaharın polis rəisi bu hadisənin detalları haqda verdiyi açıqlamada deyib: Bu kamikadze dünən səhər saat 9 radələrində üzərində partlayıcı qurğu və bir ədəd əl qumbarası ilə polis mərkəzinə soxulmağa çalışıb. Amma, polis əməkdaşlarının vaxtında müdaxiləsi ilə terrorçu öz çirkin əməlini gerçəkləşdirə bilməyib.

Exit mobile version