
Nebraska Ştatının keçmiş meri sonda ABŞ Senatının etimad rəyini qazanaraq, Pentaqonun başına keçdi.
İngiltərədə çıxan Guardian qəzetinin yazdığına görə, Çak Hiql çərşənbə axşamı günü yalnız 4 respublikaçı senatorun himayəsi ilə Leon Panettanın yerini tutmağa nail olub.
ABŞ Senatı müdafiə nazirliyi postu üçün Çak Hiqlın namizədliyi ilə bağlı uzun sürən çəkişmələrin ardınca, sonda onun Barak Obamanın nazirlər kabinetində yer alması ilə razılaşıb.
Beləliklə keçmiş senator və Vyetnam müharibəsi veteranı olan bir şəxs Pentaqonun başına gətirildi.
Respublikaçılar Hiqlın İsrail ilə bağlı mövqeyi habelə, İrana qarşı sanksiyalar ilə müxalif olmasına görə, onun müdafiə naziri seçilməsinə qarşı çıxırdılar.
