Venesuela prezidenti Uqo Çaves uzun müddət davam edən mübarizənin sonunda xərçəng xəstəliyi qarşısında təslim olaraq, 58 yaşında vəfat etdi.
Uqo Rafael Çaves Feias Venesuelanın 53-cü prezidenti idi.
Çaves “Bolivari İnqilabı”nın rəhbəri kimi tanınırdı. O, sosial-demokrat yönlü siyasətlər yürütməsinə habelə, ABŞ-ın siyasətlərinə qarşı çıxmasına və neo-liberalizmin dünyaya hakim kəsilməsi ilə müxalifətlərinə görə dünyada şöhrət qazanmışdı.
Uqo Çaves 28 iyul 1954-cü ildə Venesuelanın qərbində Sabanta kəndində anadan olub. Onun valideynləri məktəb müəllimi olub. Ailənin 2-ci övladı olan Çavesin 5 qardaşı olub.
Çaves 1971-ci ildə Hərbi Universitetə qəbul olur. Hansısa vəzifəyə təyin edilməsindən öncə Çaves paraşütçü olub və Hərbi Universitetdə tarix tədris etməklə məşğul imiş.
O, 6 Dekabr 1998-ci ilə islahatçı və ən gənc namizəd olaraq prezident seçkilərinə qatılır və 2 Fevral 1999-cu ildən Venesuela prezidenti olaraq fəaliyyətə başlayır.
Uqo Çaves prezident seçildikdən sonra prezidentlik müddətini 5 ildən 6 ilə qədər artıran yeni bir qanun qəbul edir.
Çaves Kuba ilə koalisiya yaradır və öz iqtidarını möhkəmləndirməklə Qərb Yarımkürəsinin ən məşhur solçu liderinə çevrilir.
O, Venesuelanın müttəfiqi olan ölkələrə kömək əlini uzadır və sosial yardım proqramları ilə əhalinin sosial vəziyyətini yaxşılaşdırır.
Çaves 2006-cı ildə yenidən 6 il üçün prezident seçilir.
U.Çaves daim özünü güclü bir siyasətçi olaraq tanıtdırıb.
Xərçəng xəstəliyinə tutulmasından öncə təqribən hər gün hərbçi uniformasında televiziya qarşısına çıxaraq, saatlarla xalqı üçün çıxış edərdi.
Çaves ölkəsinin neftdən əldə etdiyi sərvəti sosial layihələrin icrasına, ərzaq təminatına, əhalinin mənzil ilə təmin edilməsinə, pulsuz müalicə mərkəzlərinin təsis edilməsinə və təhsil sisteminin yaxşılaşdırılmasına xərcləyərdi.
Onun prezidentliyi dövründə ölkədə yoxsulluq səviyyəsi gözə çarpacaq dərəcədə azalmışdı.
2011-ci ilin iyununda Kubada Çaves üzərində aparılan cərrahiyyə əməliyyatı zamanı çanaq hissəsində yaranmış beysbol topu böyüklüyündəki şiş götürüldü.
Amma, hemoterapiya və radioterapiya kimi müxtəlif müalicə kursları keçməsinə baxmayaraq, 18 ay sonra yenidən xərçəng xəstəliyinə tutulur. O, xəstəliyi ilə bağlı detallara aydınlıq gətirmir və xərçəng xəstəliyinin hansı növdən olması və bədənin hansı nahiyəsində yerləşməsi ilə bağlı açıqlama vermir.
Çaves özünü bir inqilabçı və yoxsulların xilaskarı hesab edirdi.
O, dünyada da şöhrət qazanmış bir lider idi. 2006-cı ildə BMT-nin Baş Assambleyasındakı çıxışında o zaman ABŞ prezidenti olan Corc Buşu “şeytan” adlandırmışdı.
