“Cenevrə 2 iclası heç bir müsbət nəticə əldə etməyəcək”

Pakistanlı siayasi analiktik təkidlə bildirib ki, İran İslam Respublikasının iştirakı olmadan Cenevrə 2 iclasının keçirilməsi heç bir müsbət nəticəyə gətirib çıxarmayacaq.

Pakistanlı sisiyasi şərhçi Səfdər Rza ötən gün İranın sərhədaşırı ordudilli radiosu ilə müsahibəsində bildirib ki, İran Yaxın Şərq regionunda təsirli ölkədir və Rusiya ilə sıx dostluq əlaqəsinə malik olduğu üçün bu ölkənin Cenevrə 2 konfransına qatılması vacibdir.

Pakistanlı siyasi şərhçi BMT baş katibinin müstəmləkəçi qüvvələrdən təsir aldığından dərin təəssüfləndiyini bildirib.

Səfdər əlavə olaraq deyib: Müstəmləkəçi qüvvələr Suriya böhranının tezliklə həll edilməsinin tərəfdarı deyillər. İran Cenevrə 2 konfransında iştirak etsəydi aparılacaq müzakirələr təmamiylə Suriya xalqının mənafeyi istiqamətində dəyişiləcəkdi.

O deyib: Bu ilk dəfə deyil ki, ,Qərb İranın dərin təsirini görməməzliyə vurur onlar tarix boyu artıq İran hökuməti və İran xalqının hüquqlarını pozaraq Tehranın təcridə məruz qoyulmasını qarşıya məqsəd qoyublar.

↑
Mobil sürümden çık