Yaxın Şərq hövzəsi xüsusiyyət təşkil etməklə xarici siyasət üzrə ekspertlərin əksəriyyətinin İranın Cenevrə-2 konfransına dəvət olunmamasını iclasdan bir gün qabaqkı ən mühüm haşiyə adlandırdığı bir halda, iştirakçılar arasındakı münaqişə və ixtilaflar insan haqlarının yalançı iddiaçılarını ciddi problemlə üzləşdiribdir.
Cenevrə-2 konfransı bəzi qərb ölkələri və Rusiyanın Suriya daxilindəki döyüşlərə son qoymaq üçün mühüm qüdrətlərlə tərtib etdikləri bir həll yoludur.
Bu iclas İran İslam Respublikasına olan rəsmi dəvətin geri götürülməsi ilə bir çox məsələlərin təsiri altına düşdü və indiyədək Suriyada savaş və qan axıdılmasına son qoyulması istiqamətində heç bir müsbət çıxış yoluna malik olmayıbdır.
Bu konfransın birinci günündə diqqət çəkən cəhət, Suriya dövlətinin nümayəndəsi- Vəlid Əl-Muəllimin çıxışı oldu ki, bəzi ölkələri, xüsusən Amerika ilə Ərəbistanı kəskin tərzdə tənqid edərək, Cenevrə-2-nin beynəlxalq və hüquqi mahiyyətini şübhə altına aldı.
Bu suriyalı rəsmi öz çıxışında konfransda iştirak edən bəzi ölkələri terrorizmin himayəçisi adlandırdı və “Necə olur ki, əlləri bir millətin qanına bulaşmış ölkələr sülhsevərlik iddiası ilə çıxış edirlər?” kimi əsaslı bir sual verərək, konfrans gedişində mövcud olan bir çox şübhələrı cavablandırdı.
O, Suriyanın müqəddəratı barədə qərar çıxarmağı bu ölkə xalqının qanuni haqqı adlandıraraq, əlavə etdi: Suriya quruluşuna legitimlikvermə yalnız bu ölkənin xalqı və xəlqi dövlətinin inhisarındadır və heç bir ölkənin Suriyanın daxili işlərinə qarışmağa haqqı yoxdur.
Bir tərəfdən, Vəlid Əl-Muəllimin çıxışı, digər tərəfdən də suriyalı müxaliflərin keçid hökumətinin təşkili və Əsədin qüdrətdən kənara çəkilməsinə dair reaksiyaları əksər ekspertlərin proqnozlarına əsasən, diplomatik dalana dirənmiş davamlı razılaşmaya nailolmada dərin ayrılığın olduğunu göstərir.
Bəşşar Əsəd Suriya dövlət televiziyası ilə ən yeni müsahibəsində müxalif qrupları Əl-Qaidənin ifratçı amilləri kimi təqdim edib və buna görə, bu iclasın Suriyada terrorçuluqla mübarizə üzərində təmərküzləşməsini istəyibdir.
Əsəd həmçninin silah və qüvvələr göndərərək, daxili ixtilaflar, savaş və qan axıdılmasını qızışdıran bəzi qərb ölkələrinin Suriyanın daxili işlərinə qarışmalarının dayandırılmasını istəyib.
Amma bu konfransda diqqət edilməli cəhətlərdən gigər birisi, Vaşinqtonun dolayısı ilə suriyalı müxalifləri dəstəkləməsidir və bu da onu göstərir ki, Ağ Ev Suriyada keçid hökuməti yeləşdirməklə Əsəd hökumətini siyasi təcriddə qoyaraq, özünün Yaxın Şərqdəki müstəmləkəçilik siyasətlərini yaymaq niyyətindədir, hansı ki, bu siyasətlər hələ də Əfqanıstan və İraqda aydın şəkildə müşahidə olunur.
Cenevrə-2 Suriyada döyüşlərə son qoymaq üzrə bir yığıncaq olmazdan öncə tam miqyaslı siyasi bir səhnəyə çevrilibdir ki, bəzi qərb qüdrətləri gülünc surətdə məzlumluq nümayiş etdirib, dırnaqarası sülh və təhlükəsizlik iddiasını irəli sürərək, daha çox son illərdə itirdikləri siyasi abırlarını bərpa etməyin ardıncadırlar. Onlar digər tərəfdən də konfransda iştirak edən ölkələrə təzyiq göstərməklə özlərinin Yaxın Şərq məntəqəsinə olan hökmranlıqlarını genişləndirməyə çalışırlar.
Lakin bu konfransın təşkilindəki incə bir cəhət diqqəti belə bir məsələyə çəkir ki, bəzi qərb ölkələrinin, xüsusən Ağ Evin Əsədin hakiməyyətdən kənarlaşması üzrə təzyiqləri Təl-Əvivin maraqlarının təmini üçün də ola bilər, zira Suriya çox müddət qabaqlardan Hizbullah və bəzi fələstinli mücahidlərin fəaliyyət mərkəzi olubdur və Ağ Evin başçıları bu məntəqədə öz qüdrətlərini artırmaqla livanlı və fələstinli mücahidlərin qüdrətinin azalmasına zəmin yaratmaq istəyirlər.
Hər halda, bu konfransdakı iki əsas cərəyan, yəni “Suriya Milli Koalisiyası” adlı qrup və hökumətin himayəçilərinin sülhün bərqərarı tərzi barədəki fərqli fikirləri ilə belə görünür ki, bu konfrans diplomatik uğursuzluğa düçar olacaq və onun əsas məğlubları insan haqları üzrə bəzi yalançı iddiaçılardırlar ki, hərbi addımlar və suriyalı müxalifləri himayə etməklə Bəşşar Əsəd hökumətini devirmək niyyətindədirlər.