İran İslam Respublikasının prezidenti İran və Altılıq qrupunun Cenevrə razılaşmasına münasibət bildirərək, deyib: Bu anlaşma İranın digər ölkələrlə iqtisadı münasibətlərinin genişləndirilməsi üçün zəmin yaradır.
Prezident Həsən Ruhani çərşənbə günü Tehranda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşdə bəyan edib: Cenevrədə İranla Altılıq dövlətləri arasında imzalanmış nüvə razılaşması İranın digər ölkələrlə əlaqələrinin genişləndirilməsi yolundakı maneələri aradan qaldırıb.
Görüşdə İran-Türkiyə arasında iqtisadı münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayan Ruhani xatırladıb: İki ölkə düzgün proqramlaşdırmalarla 2014-cü ildə özlərinin ticarət dövriyyəsinin həcmini məqbul bir səviyyəyə çatdırmalıdır.
İran prezidenti həmçinin region məsələlərinə də münasibətini bildirib və deyib: Terrorizm və ifratçılığa qarşı mübarizə, region ölkələri arasında ərazi bötüvlüyü və həmrəyliyin qurunması, və stabillik və təhlükəsizliyin qorunması İran-Türkiyənin müştərək əməkdaşlıqlarını tələb edir.
Bu görüşdə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlu da İranla 5+1 qrupunun nüvə anlaşmasından sevincini qeyd edərək deyib: Bu tarixi hadisə İranın dünyada bütün ölkələr o cümlədən, qonşu ölkələrlə münasibətlərinin gücləndirilməsinə gətirib çıxaracaq.
Ölkəsinin İran ilə münasibətlərini dünya səviyyəsində misli görünməmiş hesab edən Türki nazir əlavə olaraq deyib: Ötən 10 ildə göstərilən təzyiqlər və qoyulan sanksiyalara baxmayaraq iki ölkənin münasibətləri yüksək səviyyəyə çatmışdır.
Davudoğlu habelə ölkəsinin İranla bütün sahələrdə münasibətlərini genişləndirməyə hazır olduğunu qeyd edərək deyib: Regional problemlərin həlli üçün həmçinin Suriya haqda Cenevrə-2 görüşündə İranın iştirakı İran-Türkiyə əməkdaşlıqlarının genişləndirilməsi üçün vacibdir.