Suriyanın BMT-dəki nümayəndəsi bildirib ki, onun dövləti bu ölkənin kimyəvi silahlarının köçürülməsi sahəsində öz öhdəlilklərinə tam şəkildə əməl edibdir.
Bəşşar Cəfəri BMT Təhlükəsizlik Şurasının iclasından sonra müxbirlər qarşısında deyib: Bu iclasda elan olundu ki, Suriyanın kimyəvi silahlarının köçürülməsi sahəsində böyük irəliləyiş əldə olunub və indiyədək Suriyanın kimyəvi silahlarının doxsan faizi bu ölkədən çıxarılıbdır.
Cəfəri xarici terrorçuların Suriyadakı iştirakları haqda da deyib: Çərşənbə günü BMT-nin baş katibi və Təhlükəsizlik Şurasına göndərilmiş məktubda üç yüz xarici terrorçunun adı qeyd edilibdir ki, onların doxsan nəfəri Səudiyyə Ərəbistanı vətəndaşıdır və Amerika və Avropa ölkələri vətəndaşlarından bir qrupu da son bir ay ərzində Suriyada öldürülübdür.
Suriyanın BMT-dəki nümayəndəsi həmçinin daxili müxaliflər haqa belə deyib: Suriya dövləti bu şəxslərlə danışıqlar aparmaqdadır və bu əqidədədir ki, milli təmayüllü müxaliflərə ehtiyaclıdır, zira müxaliflər heç zaman ölkənin dağılmasına əl atmadılar, ordu qarşısında durmadılar və İsrail rejimi ilə həmkarlıq etmədilər.
