DünyaXƏBƏRLƏR

Bu gün AR iki iranlı heyəti qarşılayıb

Bir tərəfdən, Azərbaycan Respublikası Ticarət Palatası və bu ölkənin Sahibkarlar Konfederasiyasının dəvəti ilə Tehran Ticarət, Sənaye, Mədənlər və Əkinçilik Otağının bu otağın sədri- Yəhya Ali-İshaqın başçılığı ilə bir nümayəndə heyəti Bakıya səfər edib.

Digər tərəfdən isə İran xarici işlər nazirinin müavini- Əlirza Cahangirinin başçılığı altda İran-Azərbaycan Respublikası Müştərək Sərhəd Komissiyasının iclası Bakıda keçiriləcək. Bu iclasda məqsəd, ikitərəfli əlaqələr və iki ölkə arasında mövcud olan sərhəd məsələlərinin araşdırılması, eləcə də yeni salınmış Culfa körpüsünün istifadəyə verilməsidir.
Azərbaycan Respublikası Vətəndaş və İnkişaf Partiyasının sədri- Əli Əliyev İranın xarici siyasətinin beynəlxalq səhnədə daha da fəallaşması və mövqeyinin güclənməsinə işarə edərək, deyib ki, Azərbaycan Respublikası- İran münasibətləri daha da genişlənəcək və iki ölkə arasında mövcud olan ortaqlıqlar bu prosesi gücləndirəcəkdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu