Yüzlərlə nəfər, o cümlədən məktəblilərin valideynləri, məktəblilər və müəllimlər Amerikanın Çikaqo şəhərinin küçələrinə axışaraq, yerli təhsil idarəsinin bu məntəqədə dövlət məktəblərinin bağlanması üzrə layihəsinə etiraz ediblər.
Çikaqo Müəllimləri Birliyi tərəfindən təşkilatlandırılan bu aksiyalar şənbə günü 18 maydan başlanaraq, hələ də davam edir.
Bu etirazlar Çikaqonun lokal təhsil idarəsinin gələn təhsil ilindən öncə bağlanacaqları nəzərdə tutulmuş 54 ilk və orta məktəbin adlarını açıqlamasından sonra həyata keçirilməyə başlanıb.
Bu şəhər rəsmiləri bir milyard dollarlıq büdcə kəsirinin qarşısını almaq üçün bu məktəblərin bağlanmasının zəruri olduğunu bildirirlər.