AsyaAvropaDünyaİranXƏBƏRLƏR

Kerri: İranı Cenevrə-2 konfransına qoşulmağa dəvət edirik

ABŞ dövlət katibi Suriya böhranının heç bir hərbi həll yolu olmadığını etiraf edərək İranı Suriyada konstruktiv və məsuliyyətli rol oynamağa çağırıb.

Con Kerri Rusiya xarici işlər naziri Sergey Lavrov və BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Əxzər İbrahimi ilə keçirdiyi birgə mətbuat konfransında əlavə edib: İranın Cenevrə-2 konfransında iştirakı bu konfransın keçirilməsinin məqsədlərinin xeyrinədir. İranın Cenevrə-2 konfransında iştirakı regiona bağlıdır və mən İranı bu konfransda iştirak edən ölkələrə qoşulmağa dəvət edirəm. Biz İranı Suriyada sülh prosesində iştirak etməyə çağıracağıq.

Rusiya xarici işlər naziri Sergey Lavrov da Parisdə keçirilən bu mətbuat konfransında İranın Cenevrə-2 Beynəlxalq konfransında iştirakını əhəmiyyətli adlandırıb və deyib: Cenevrə-2 konfransında İranın səsi eşidilməlidir.

Bu arada İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib: İran ilkin şərt olmadan Cenevrə-2 konfransında dəvət olunduğu halda bu konfransda iştirak edəcək, lakin bu dəvətin olunmasında israrlı deyilik.

Beyruta daxil olduğu zaman jurnalistlərə müsahibə verən Zərif söyləyib: İran tam bu qənaətdədir ki, ifratçılıq, terrorizm və firqəçiliyin qarşısının alınmasının yeganə yolu səsvermə yolu ilə Suriya xalqının tələbini qəbul etməkdir. Buna görə, bu məqsədə kömək edə biləcək istənilən həll yolunu müsbət qarşılayırıq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu