DünyaXƏBƏRLƏR

Çin İranla “altılar” qrupu arasında ekspert müzakirələrini müsbət adlandırıb

Çin İranla “Altılıq” qrupu arasında İranın nüvə proqramı barəsində Türkiyənin İstanbul şəhərində keçirilən ekspertlərin iclasını müsbət adlandırıb.

Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Hunq Li çərşənbə günü əlavə edib: Önəmli budur ki, danışıqlarda qarşılıqlı dərk və etimad artsın.

Honq Li söyəlyib: İnkişafın əldə olunması əməkdaşlıq və anlaşmaya varmaqdır.

Çin XİN sözçüsü qeyd edib ki, diplomatik səylərin qeyri-davamlı formasına və ixtilaflara möhkəm zərbə vurmaq və onları aradan qaldırmaq lazımdır.

Çin hökuməti İranın nüvə proqramının ədalətli və kollektiv həlli üçün yeganə yolun müzakirə olduğunu hesab edir. Bu ölkə dəfələrlə, o cümlədən son Almatı müzakirələri astanasında bildirmişdir ki, sülhməramlı nüvə enerjisindən istifadə İran İslam Respublikasının qanuni haqqıdır.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu