İraq Regional Kürd Rəhbərliyi, İraqın bölünməsi üçün iki qoldan işlərə başladı. Məsud Bərzani, millət vəkillərinə səsləndi, “Referendum üçün bir an əvvəl qərar alın” dedi.
İraq Regional Kürd Rəhbərliyi lideri Məsud Bərzani, parlamentdə millət vəkillərinə səsləndi. İsrailin dəstəyini xatırladan Bərzani, müstəqillik referendumu üçün bir an əvvəl qərar çıxarılmasını istədi.
Bərzani müstəqillik referendumu üçün millət vəkillərinə xitab edərkən, Regional Rəhbərliyi bir heyət də Vaşinqtonda Amerika xarici işlər naziri John Kerry və Amerikalı diplomatlardan müstəqillik dəstəyi istədi.
Heyətdə yer alan, Regional Rəhbərliyi Xarici Əlaqələr sözçüsü Falah Mustafa Mis, Amerika istəsə də, istəməsə də müstəqillik elan edəcəklərini söylədi.
“Kürdüstan öz gələcəyini təyin etmək istəyir. Biz öz yerimizi müəyyən etmək üçün beynəlxalq cəmiyyətə çağırış edirik. Referendumda çıxan nəticəyə hörmət göstərməlidirlər. Xalqımız referendumda müstəqillik istəsə, ABŞ istəməsə də bunu elan edəcəyik. ABŞ-ın bizi anlayacağını ümid edirəm ”
Heyətdə olan bir başqa ad, Regional İdarəetmə Başçılıq Divanı sədri Fuad Hüseyn isə müstəqillik elanının Bağdad və digər ölkələrin rəftarına bağlı olduğunu belitti.
