Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) parlamentinin sədr əvəzi İran İslam Respublikasına qarşı tətibiq edilən sanksiyaların ləğv edilməsinə təkid edib.
BƏƏ parlamentinin sədr əvəzi Şeyx Məhəmməd Bin Raşid Ali Məktum ötən gün (bazar ertəsi 13 yanvar) bildirib ki, beynəlxlq ictimaiyyət BƏƏ-in ənənəvi şəriki olan İrana qarşı tətbiq edilən sanksiyları ləğv etməlidir.
BBƏ parlament sədrinin əvəzi BBC ilə müsahibədə bildirib: İran BBƏ-in qonşusu olduğu üçün BƏƏ İrana qarşı hər cür problemin istiqamətləndirilməsinin əleyhinədir və inanır ki sanksiyalar ləğv edilərsə hamı yeni vəziyyətdən yararlanacaq.
Təxminən 400 min iranlıya ev sahibliyi edən BƏƏ İran ilə möhkəm ticarət əlaqəsinə malikdir.
İran və 5+1 qrupu sıx danışıqların aparılmasından sonra, 2013-cü il 24 noyabr anlaşma əldə ediblər və ikitərəfin ekspert heyətləri Cenevrə anlaşmasının icrası üzrə yerdə qalan mövzuları həll etdikdən sonra, anlaşmanın 2014-cü il 20 yanvardan icra ediləcəyi haqda məlumat veriblər.
Cenevrə anlaşmasının ilk addımının icra edilməsi ilə anti-iran sanksiyalar tədriclə ləğv ediləcəkdir.
