Çin Xalq Respublikası ordusu Suriya sahillərinə bir hərbi gəmi göndərib və daha bir neçə hərbi gəminin də göndərilməsi nəzərdə tutulub.
Çin Suriya sahillərinə bir neçə hərbi gəmi göndərəcəyini bildirib.
Pekin bu addımın Suriyaya qarşı hərbi müdaxilə ehtimalının gücləndiyi bir vaxtda ABŞ və Rusiyanın addımlarını nəzarət altında saxlamaq məqsədilə atıldığını bildirib.
Hazırda ABŞ Suriya sahillərində 5 hərbi döyüş gəmisinə və təyyarədaşıyan gəmilərə malikdir.