AfrikaXƏBƏRLƏR

Əl-Əzhər universiteti tələbələrinin ordu və polisə qarşı aksiyaları davam edir

Misirin kənarlaşdırılmış prezidenti- Məhəmməd Mursinin tərəfdarı olan tələbələr dünən gecə bir daha aksiya keçirərək, ordu və polisə qarşı şüarlar veriblər.

 
Mursinin tərəfdarı olan tələbələr universitet şəhərciyinin daxilində, tələbələrdən ibarət digər bir qrup isə universitet şəhərciyinin çölündə aksiyalar keçiriblər. Onlar Mustafa Əl-Nəhas prospektində ordu qüvvələri əleyhinə şüarlar veriblər.
Bu məlumata əsasən, Əl-Əzhərin qız tələbələri də aksiyalar keçirərək, ordu və polis əleyhinə şüarlar veriblər. Onlar polisin tələbələrin dinc aksiyaları ilə pis rəftar etməsi və bu aksiyaları yatırtmasını pisləyiblər.
İki gün bundan qabaq Əl-Əzhər universitetində baş vermiş hadisələrdə tələbələrdən biri öldürüldü, onlarla tələbə isə ya yaralandı və ya həbs olundu.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu