LivanXƏBƏRLƏR

“Son terrakt Kərbəlanın qanlı xəttinin ardıcıllarını təsirləndirə bilməyəcək”

Livan İslami Müqavimt Hərəkatı (Hizbullah)-ın baş katibi Beyrutda baş verən son terr.aktı pisləyərək açıaqlayıb ki, bu kimi çirkin hərəkətlər Kərbəlanın qanlı xəttinin ardıcıllarına heç bir təsir buraxa bilməyəcək.

 

Çərşənbə axşamı günü (19 noybar)  İranın Beyrutdakı səfirliyi önünüdə baş verən terrorçu partlayışda 25 nəfər, o cümlədən İranın Beyrutdakı səfirliyinin mədəniyyt atteşası  höccətül-islam İbrahim Ənsari şəhid və təxminən  150 nəfər isə yaralanıblar.

Seyid Həsən Nəsrullah İranın xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan ilə görüşündə açıqlayıb: İran İslam Respublikasının 34 illik tarixi bunu sübuta yetirib ki, əsil islam və İslam inqilabı və müqavimət düşmənlərinin bu kimi çirkin əməliyyatları Kərbəla hadisəsi ardıcılları və İmam Xomeyni vurğunlarına heç bir təsir buraxmayacaq.

Livan Hizbullahının baş katibi bu hadisədə şəhid olanlara ülvi dərəcələr və yaralılara isə acil şifa diləyərək deyib: Bu qeyri-insani hərkətlərin baş verməsi nəticəsi, Müqavimət, ədalət və haqq yolu ilə qarşılaşmağı qarşıya məqsəd qoyan qrupların pərdə arxasındakı mahiyyətlərinin nümayan olmasına gətirib çıxarır və şəhidlərin qanı və məzlumluğu bizi müqavimət və haqq yolunu möhkəm addımlamaqda əzmkar edir.

İran xarici işlər nazirinin ərəbi və Afrika ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahiyan isə həmin görüşdə, İranın Beyrutdakı səfirliyi önündə terrorçu partlayışın baş verməsini Sionist rejim və müttəfiqləri və onların dəstəyini qazanan təkfirçi qrupların müqavimət qüvvələri ilə birbaşa qarşılaşmaqda aciz olduğunun göstəricisi olduğunu deyib.

Əmir Abdullahiyan həmin hadisə ilə bağlı Livan rəsmilərinin arıtq təşəbbüs göstərmələrini və qeyri-insani olan bu hadisənin amillərinin Livan rəsmiləri tərəfindən izlənilib və cəzalandırılması üzərində təkid edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu