Azərbaycan Respublikası parlamentinin müdafiə və təhlükəsizlik məsələləri komissiyasının sədri Zahid Oruc ABŞ-ın BMT-dən Qarabağda öz sülhməramlı qüvvələrini yerləşdirməsini istəməsi barəsində Qara dəniz və Xəzər regionunun siyasi və ictimai mütaliələr müəssisəsinin rəhbəri Vladimir Zaxarovun açıqlamasını dəyərləndirərək deyib: Həm ABŞ, həm də digər ölkələr Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi layihəsini irəli sürə bilərlər.
“525” qəzetinin yazdığına görə Zahid Oruc deyib: Bir tərəfdən bu, sülhməramlı qüvvələrin regiona ezam olunması, digər tərəfdən isə bu qüvvələrin başqa adla Azərbaycanda yerləşdirilməsi kimi əsaslandırılır. Bu məsələ heç bir vəchlə bir ölkənin iradəsinə bağlı deyil. Buna görə istənilən xarici ölkənin Azərbaycanda iştirakı qəbuledilməzdir. Çünki Azərbaycanın milli təhlükəsizlik qanunu və hərbi doktrinası bu icazəni vermir. Əlbəttə ölkədəki mövcud şəraiti nəzərə alaraq bu məsələ irəli sürülsə, xalqın iradəsi bu məsələdə önəmli rolu oynayacaq. Məlumatı Səhər telekanalı saytı verib.
Oruc əlavə edib: Heç bir xarici qüvvə Qarabağa nəzarət üçün ssenariyə əl ata bilməz. Başqa sözlə Azərbaycanda sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi irəli sürüldüyü təqdirdə, bu məsələ bu prosesdən ayrı bir sahə kimi sülh müqaviləsi imzalandıqdan sonra araşdırıla bilər.
Qeyd edək ki, Qara dəniz və Xəzər regionu siyasi-ictimai araşdırmalar müəssisəsinin müdiri və rusiyalı siyasi ekspert Vladimir Zaxarov Qarabağda ermənilərin hərəkatının başlanmasının 25-ci ildönümü ilə əlaqədar mərasimdə bildirib: ABŞ Qarabağda qüvvə yerləşdirmək üçün BMT-dən səlahiyyət istəyib. Lakin BMT hələlik bu müraciətə müsbət cavab verməyib.
APA İnformasiya Agentliyinin Moskvadan verdiyi məlumata görə, Vladimir Zaxarov əlavə edib: Əfqanıstandan çıxarılan qüvvələr Azərbaycanda yerləşdiriləcək. ABŞ İranla müharibə ssenarisini Azərbaycan qüvvələrinin Qarabağda geniş əməliyyatı ilə bir zamanda başlayacaq. Sonra Amerika qüvvələri sülhü mühafizə qüvvələri adı ilə Qarabağa daxil olacaqlar. Məlumatı Səhər telekanalı saytı verib.