İranXƏBƏRLƏR

Tədbir və Ümid hökuməti İmam Xomeyni(r.ə)-in amallarına sadiqdir

İİR-nin prezidenti vurğulayıb: Ölkənin ətraflı inkişaf etməsi, demokratiya, islami və insani dəyərlərin reallaşması, İmam Xomeyni(r.ə)-in amalları olmuşdur.

Doktor Həsən Ruhani bu gün İslam İnqilabının banisi Həzrət İmam Xomeyni (r.ə)-in hərəmində keçirilən, hökumətin o həzrətin amalları ilə əhd-peymanı təzələmə mərasimində bildirib: Çoxlu problemlərin mövcud olduğuna rəğmən hökumət, xalq və rəhbərin himayələri ilə, onların çözülməsinə ümidvardır.

İİR-nin prezidenti həmçinin regionun vəziyyəti barədə dərin təəssüfünü bildirərək vurğulayıb: Suriyaya hakim kəsilmiş hazırkı şərait və kimyəvi silahların, günahsız əhalini şəhid etməsi çox ağrıdıcı haldır.

Ruhani kimyəvi silahlardan istifadəni mükəmməl və kəskin şəkildə pisləyərək söyləyib: Özü kimyəvi silahların qurbanı olan İİR dünya ictimaiyyətini bütün dünyada bu silahdan istifadənin qarşısını almağa çağırır.

İİR-nin prezidenti aşkarcasına bildirib: Sionist rejimin Livana hücumu, yaratdığı əmin-amansızlıq və terrorçu hərəkətləri də pislənilir və belə nəzərə gəlir ki, düşmənlər Yaxın Şərq üçün geniş intriqalar planlaşdırıb və onun faktlarını Livan, Suriya və Misirdə görmək olur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu