AzərbaycanDünyaİranXƏBƏRLƏR

İranadan kartof gətirənlərdən rüsum alırlar

İrana səfərdən qayıdan, özü ilə kartof gətirən Azərbaycan vətəndaşlarından Azərbaycan Respublikası Astara gömrüyü hər kiloqram üçün 30 qəpik rüsum alır.

Azadlıq saytının xəbərinə əsasən, bir müddət öncə eyni qayda Naxçıvan gömrüyündə də tətbiq edilmişdi.

Naxçıvanda isə söhbət tək kartofdan yox, bütün ərzaq məhsullarından gedirdi. Bu rüsum 10 kiloqramdan artıq məhsullara tətbiq edilirdi.
Azərbaycan Respublikası Astarasında rüsum alınarkən qəbz verilmir.

İranda kartofun bir kiloqramı 40-50 qəpik olduğu halda Azərbaycan Respublikasında bu məhsulun qiyməti bahadır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu