AsyaDünyaXƏBƏRLƏR

Çinin Sincan Uyğur Muxtar Bölgəsi yenə qarış

Çinin Sincan Uyğur Muxtar Bölgəsindəki bir polis mərkəzinə girərək bombalı hücum təşkil edən 13 adam təhlükəsizlik gücləri tərəfindən öldürüldü.

Çin rəsmi xəbər agentliyi Şinhua’nın xəbərinə görə bu gün bir qrup təcavüzkar bomba yüklü avtomobillə Kaşğar polis mərkəzinə girdi. Meydana gələn partlamada üç polis yaralanarkən, təcavüzkarlara atəş açan təhlükəsizlik qüvvələri 13 adamı öldürdü.

Bu, bölgədəki separatçı Uyğur xadimlər tərəfindən təşkil edilən hücumların sonuncusu oldu. Keçən ay xadimlərin Şincan’ın paytaxtı Urumçidə təşkil etdiyi bombalı hücumda 43 adam həyatını itirmişdi. Mart ayında isə Kunming şəhərindəki bir qatar stansiyasında təşkil edilən bıçaqlı hücumda 29 adam ölmüş 143 adam yaralanmışdı.

Pekin rəhbərliyi separatçı Uyğur militanlarını məsul tutduğu bu hücumların ardından polisin, ölkə daxilində bir il boyunca terrorla mübarizə əməliyyatları təşkil açıqlamışdı

Türkistan İslam Partiyası və Şərq Türkistan İslami Hərəkatı, xalqı şiddətə təşviq etmək və hücumları təşkil etməklə günahlandırılmışdı.

17 İyunda da Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Bölgəsində 13 adam ‘terror’ və ‘cinayət “ittihamlarıyla edam edilmişdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu