LivanXƏBƏRLƏR

Livana qarşı günü-gündən artan hədələr haqda xəbərdarlıq edilib

Livan Ordusunun komandanı bu ölkənin ərazi bütövlüyünə qarşı hər cür daxili və xarici hədə haqda xəbərdarlıq edib.

Livan Ordusunun komandanı Jan Qəhvəci xəbərdarlıq edib ki, regiondakı hadisələrin şiddətlənməsinə habelə sionist rejimin Livan ölkəsi və xalqına zərbə vurmaq niyyətində olmasına görə, Livan keçmişdəkindən daha artıq təhlükə ilə üz-üzədir.

Livan Ordusunun komandanı sonra deyib: Livan ordusu son aylarda sübut edibdir ki, bütün siyasi və hərbi yollardan istifadə edərək, daxili partlayışın qarşısını almağa qadirdir, amma bu məsələ Livanın təhlükə mərhələsini arxada qoyduğu mənasında deyildir.

Jan Qəhvəci ordunun üz-üzə olduğu təcili problemləri şərh edərək, terrorizmin bu problemlərdən biri olduğunu bildiribdir ki, son zamanlar onun fəaliyyəti raket atışı və bomba yerləşdirməklə artıbdır.

Livan ordusu komandanının Livanda terrorçu şəbəkələrinin fəaliyyəti və təhlükəsizlik hadisələri habelə ordunun bu problemlər qarşısındakı uğurları barədəki xəbərdarlığı elə bir haldadır ki, Livan mətbuatı da bir neçə terrorçu şəbəkənin aşkarlanmasından xəbər veriblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu