ABŞ rəsmiləri Bəşşar Əsədin tezliklə hakimiyyətdən gedəcəyi ilə bağlı bu ölkə kəşfiyyatının dəyərləndirmələrinin yalan olduğunu etiraf ediblər.
Ual Strit Cournal ABŞ rəsmilərinə istinadla yazıb: ABŞ kəşfiyyatının Suriya prezidenti Bəşşar Əsədin bir neçə gün ərzində hakimiyyətdən getməyə məcbur olacağı barədəki dəyərləndirmələri həqiqəti əks etdirməyib və kəşfiyyat orqanlarının özləri də bu informasiyanın doğru olmadığından agah olublar.
Bu ilk dəfə deyil ki, ABŞ-ın kəşfiyyat orqanları bir ölkə ilə bağlı yanlış məlumat verirlər. 2003-cü ildə İraqa edilən hücum zamanı da ABŞ dövləti BMT müfəttişlərinin araşdırmalarına və onların İraqın sabir diktatoru Səddamın kütləvi qırğın silahlarına malik olmadığı ilə bağlı hesabatlarına əhəmiyyət verməmişdi.
O zaman ABŞ-ın kəşfiyyat orqanları yalan hesabatlar yayaraq, Səddamın kütləvi qırğın silahlarına malik olduğunu iddia etmişdilər.
