İranın Mədəni İrs , Əl İşləri və Turizm Təşkilatının sədr müavini Az. R-nin Çovqan idmanını öz adına beynəlxalq qeydiyyata alması üzrə cəhdlərini tənqid edərək deyib: Çovqan elə bir idman deyil ki, yalnız bir ölkənin adına qeydiyyata alınsın.
Şənbə günü İRNA-ya eksklüziv müsahibə verən Mehdi Höccət sonra deyib: Çovqanın qeydiyyatı üzrə lazımi hərəkətlər həyata keçirilibdir. Və Birləşmiş Millətlər Təşkilatının təlim, elmi və mədəni təşkilatı UNESCO-da görülən işlər haqda məlumatlandırılıb.
Höccət deyib: İranda Çovqan idmanının keçmişi, genişliyi, dinamikası və federasiyaya malik olmasına görə xüsusi hallar istisna olmaqla qeyri-maddi irsin bir ölkənin adına qeydiyyata alınmasının düzgün iş olmadığına inanırıq . Bizim hərəkətlərimiz bu istiqamətdədir ki, bu idman növü yalnız İranın adına deyil, bu idman növü ilə maraqlanan bütün ölkələrin adına qeydiyyata alınsın.