İranın xarici işlər naziri vəhdətin qorunmasında mərcə təqlidlərin rolunu əvəzsiz adlandırıb.
Məhəmməd Cavad Zərif ötən gecə Nəcəf-Əşrəf hava limanında jurnalistlərə verdiyi müsahibədə əlavə edib: Böyük mərcə təqlidləri vəhdətin qorunması və regionu alovlandıran tayfaçılıq fitnəsi ilə mübarizədə önəmli rola malikdirlər.
Zərif bu gün bazar ertəsi günü Suriya və tərəfləri maraqlandıran digər məsələlər barəsində İraqın mərcə təqlidləri ilə danışıqlar aparmalıdır.
İranın xarici işlər naziri həmçinin ilk xarici səfərini İraq və Əhli-Beyt (ə) pak ziyarətgahlarına həsr etməsindən məmnunluq ifadə edərək deyib: İran üçün qonşularla, xüsusilə də İraqla münasibətlər çoxlu əhəmiyyət kəsb edir.