İran İslam Respublikasının Mədəni İrs və Turizm Təşkilatının Tarixi və Təbii Abidələrin Qeydiyyatı və Mühafizəsi Ofisinin müdiri deyib: Azərbaycan Respublikası Çövkan oyunu işini “təhlükədə olan irs” adı ilə YUNESKO-ya təqdim edib. Halbuki, bu gerçəklik deyil və biz YUNESKO-ya lazımi sənədlərin göndərilməsi ilə bildirmişik ki, Çövkan oyunu müxtəlif ölkələrdə xüsusilə İranda aktivdir və onun təhlükədə olan bir idman növü kimi adlandırılması doğru deyil.
Fərhad Nəzəri xatırladıb: Mədəni İrs və Turizm Təşkilatının sədri YUNESKO-nun baş direktoruna bir məktub göndərərək, bu idman növünün İrana məxsus olduğunu və onunla bağlı işin bir neçə xalqın adına YUNESKO-da qeydə alınmalı olduğunu bildirib
Nəzəri YUNESKO-nun cari onilliyi “Mədəni Yaxınlıq” onilliyi adlandırmasına işarə edərək, deyib: YUNESKO-da bu qənaətdədir ki, mənəvi irslər əgər bir neçə xalqın adına YUNESKO-da qeydə alınarsa, ölkələr arasında daha artıq dostluq və yaxınlığa səbəb olar.
O deyib: İran ötən il dünyada yalnız bir yerə yəni, Kaşan şəhərinə məxsus olan “Məşhəd Ərdəhal Xalçayuyanları”nı YUNESKO-nun mənəvi irs siyahısında qeydə aldırıb.