Terrorçular Dəməşqin ətrafında İranın Xəbər kanalının müxbirinin avtomobilinə tərəf atəş açaraq, onu yaralayıblar.
Dünən günortadan sonra terrorçular Dəməşqin Beynəlxalq Hava Limanına gedən yolda pusqu quraraq, Xəbər kanalının Suriyadakı müxbirinin avtomobilini atəşə tutublar. Nəticədə jurnalist qarın nahiyəsindən yaralanıb. Bu hadisə zamanı onun avtomobilinə də zərər və ziyanlar dəyib.
Möhsün Xəzayi bu hadisənin ardınca dərhal bir tibb mərkəzinə aparılıb və lazımi tibbi müdaxilədən sonra evə buraxılıb. Hazırda vəziyyəti yaxşıdır.
Press.TV-nin Suriyadakı müxbiri Maya Nasir də ötən ilin sentyabr ayında Dəməşqdə terrorçular tərəfindən qətlə yetirilmişdi. Əl-Aləm kanalının müxbiri də ikinci dəfə hücuma məruz qalaraq, ağır yaralanmışdı.
Jurnalistlər Suriyadakı terrorçuların birbaşa hücumuna məruz qalan hədəflərdirlər. İndiyə kimi onlarla terrorçu Suriyada 2 ildir ki, davam edən gərginlik nəticəsində həlak olub, yaralanıb və ya oğurlanıb.
Beynəlxalq dairələr 2012 və 2013-cü illərdə Suriyanı jurnalistlər üçün dünyanın ən təhlükəli nöqtəsi elan ediblər.