Təkfirçi qruplaşmaların terrorçu hərəkətlərinin davam etməsinə rəğmən iraqlı mənbələr Müqəddəs Kərbəla şəhərində Həzrət İmam Hüseyn(ə)ın Ərbəyini mərasimində iştirak etmək məqsədilə iraqlı və xarici zəvvarların milyonluq iştirakları və bu iştirakın yeni rekorda çatdığından xəbər veriblər.
Həzrət İmam Hüseyn(ə) və o həzrətin vəfalı köməkçilərinin şəhadətinin Ərbəyini üzrə əzadarlıq mərasimlərində iştirakı olduqca əzəmətli olub və 20 milyondan daha çox zəvvar müqəddəs Kərbəla şəhərinə daxil olublar.
Kərbəla Müqəddəs Hərəminin media ofisi İraqın Turizm Nazirliyinə istinadən belə bildirib: Dünyanın 42 ölkəsindən olan xarici zəvvarların iştirakı 1.5 milyon nəfərdən daha çox olub ki, bu zəvvarların yarısını iranlı zəvvarlar təşkil edirlər.
