İranXƏBƏRLƏR

İran Yəməndə baş verən terror aktını pisləyib

İran İslam Respublikası xarici işlər nazirinin sözçüsü Yəmən paytaxtı Sənada ölkənin Müdafiə Nazirliyi binası önünüdə baş verən terr.aktı pisləyib.

 

Xanım Mərziyyə Əfxəm ötən gün (cümə axşamı 5 dekabr) onlarla insanın həlak olmasına gətirib çıxaran Yəmənin Müdafiə Nazirliyin önündə baş verən terror aktını pisləyərək deyib: Yəmən xalqının ölkədə baş verən dincsizliklərlə mübarizə aparmaq üçün iradələrini sındırmaq məqsədi ilə həyata keçirilən bu kimi kor-koranə terrorçu hərəkətlər xalqın legitim tələbatlarına nail olmalarını əngəlləyə bilməyəcək.

İran xarici işlər nazirliyinin sözçüsü əlavə olaraq deyib: Biz əminik ki, alimlər, elitlər, partiyalar, Yəmənin düşüncəli xalqı talelərini müəyyənləşdirən bu dönəmdə, ölkə bədxahlarının məşum hədəflərinin həyata keçirilməsinə icazə verməyəcəklər.

Yəmənin Ət-Təğyir portalı Yəmən təhlükəsizlik mənbələrinə istinadən bildiriblər ki, ölkə paytaxtı Sənada yerləşən Müdafiə Nazirliyinin binasının giriş qapılarının birində bomba quraşdırılmış bir avtomobilin partlayışı və silahlı yaraqlılar ilə Yəmən hərbçiləri araında baş verən toqquşma nəticəsində ən azı  57 nəfər həlak olub və onlarla insan isə yaralanıb.

Yəmənin müxtəlif məntəqələrində, o cümlədən ölkənin cənub hissəsində ordu və polisə qarşı hücumlar  son aylarda kəskinləşmişdir.

 

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu